Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qalib ölkənin qalib gəncləri

0

  •         2
    Fevral Azərbaycan Gəncləri Günüdür. Azərbaycan gəncləri Ulu öndərimiz Heydər
    Əliyevin onlara ən böyük hədiyyəsi olan Azərbaycan Gəncləri Gününün təsis
    edilməsinin 25 illiyini qalib ölkənin qalib gəncləri kimi sonsuz ruh yüksəkliyi
    ilə qeyd edirlər.

    Ümummilli
    liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti ölkə
    gəncliyinin inkişafında dərin izlər buraxıb.

    Ulu
    öndərin 1997- ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2
    - si Azərbaycan Gəncləri Günü elan edilib.

    Daim
    Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyev həmişə olduğu kimi
    bu il də Gənclər Günündə gənclərlə görüşüb. Azərbaycan Gənclərini təbrik edən
    Prezident gənclərlə bağlı bir sıra məsələlərə toxunub. O qeyd edib ki, gənclər
    siyasəti daim dövlətin prioriteti sırasındadır. Gənclər Günü təsis ediləndən bu
    günə qədər bir nəsil dəyişdi və Azərbaycan dəyişdi. O vaxtkı Azərbaycan
    reallıqlarına nəzər salsaq, görərik ki, o vaxt vəziyyət çox ağır
    idi,müstəqilliyin cəmi altı yaşı var idi. Ölkə qarşısında çox ciddi fundamental
    problemlər dayanmışdı. Amma ümidlər var idi ki, tezliklə hər şey həllini
    tapacaq. 25 il bundan əvvəlki gənclərin arzularını bu günki gənc nəsil həyata
    keçirdi. Cəmiyyətin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox
    önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, əməyi bu gün hər yerdə, hər sahədə
    görünür.

    Cənab
    Prezidentimiz öz çıxışında bildirib ki, bu gün ölkə qarşısında əsas vəzifə -
    Qarabağ məsələsi öz həllini tapmışdır. Vətən müharibəsində gənclərin rolu
    həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.Bu
    qələbənin səbəbkarlarından olan gənclərimiz hər bir sahədə inamla
    addımlayırlar.

    Biz
    azad, özünəgüvənən bir ölkədə yaşayırıq. Belə bir ölkənin gəncləri də öz
    gələcək həyatını müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal
    olmalıdırlar.

    İnamla
    deyə bilərik ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət
    həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən
    bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha da işıqlı gələcəyə aparacaq.
    Bu yolda gənclərimizin ən böyük dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham
    Əliyevdir.

    Bəli,
    Azərbaycan gəncləri çox xoşbəxt gənclərdir ki, onların ən böyük himayəçisi
    Cənab Prezidentimiz İlham Əliyevdir.

    Məqaləni hazırladı: Sevda Məmmədova,

    Xocalı Rayon Əli Kərim adına Başkənd kənd tam
    orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib65 dəfə
    Qalib ölkənin qalib gəncləri

    Maraqlı gələ bilər
    57
    52
    299
    34